Xalq artisti Mələykə Əsədova evini satışa çıxarıb.
"Qafqazinfo" Lent.az -a istinadən xəbər verir ki, aktrisa bunun üçün yaşadığı ərazidə yerləşən vasitəçiyə müraciət edib. “Makler” həmin evin videosunu çəkərək, onu sosial şəbəkədə paylaşıb.
Evi satan vasitəçi Miri adlı şəxs satış qiymətinin 3 milyon manat olduğunu deyib: “Qiymətdən çox düşə bilməyəcəyik. Amma endirim olacaq”.