Məmmədyarovdan 2 heç-heçə, 1 məğlubiyyət

memmedyarovdan-2-hec-hece-1-meglubiyyet
Oxunma sayı: 788

Buxarestdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun da mübarizə apardığı “Grand Chess Tour 2019” seriya turnirinin rapid yarışında daha 3 partiya oynanılıb.

"Qafqazinfo"nun məlumatına görə, şahmatçımız dördüncü turda amerikalı Uesli Soya məğlub olub, beşinci qarşılaşmada ukraynalı Anton Korobov, altıncı matçda isə ermənistanlı Levon Aronyanla heç-heçə edib.

Qeyd edək ki, idmançımız ilk üç turda bütün qarşılaşmalarda “sülh”ə razılaşıb. Altı turun yekununa görə Ş.Məmmədyarov 5 xalla 7-ci pillədə qərarlaşıb.