Məmmədyarovla Rəcəbov yenə Çempionlar Turuna dəvət aldı

Məmmədyarovla Rəcəbov yenə Çempionlar Turuna dəvət aldı
Oxunma sayı: 1047

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 6-cı mərhələsinin iştirakçıları müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, “The FTX Crypto Cup” adlandırılan bu mərhələdə Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov da mübarizə aparacaq.

Yarışda dünyanın ən yaxşı 10 şahmatçısı ilə yanaşı, daha 6 nəfər iştirak edəcək:

Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov (hər ikisi Azərbaycan), Maqnus Karlsen (Norveç), Hikaru Nakamura, Fabiano Karuana, Uesli So (hamısı ABŞ), Alireza Firuzca (FİDE), Pyotr Svidler, Yan Nepomnyaşi, Aleksandr Qrişuk, Daniil Dubov (hamısı Rusiya), Levon Aronyan (Ermənistan), Maksim Vaşye-Laqrav (Fransa), Alan Piçot (Argentina), Aniş Giri (Niderland), Dinq Liren (Çin).

23-31 may aralığında keçiriləcək turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonus olacaq.

Teymur Rəcəbov ilk turda Hikaru Nakamuraya rəqib olub. Şəhriyar Məmmədyarov isə Maqnus Karlsenlə görüşəcək.