“Mən şəxsən Prezidentimlə görüşdüm, arzuma çatdım”

men-sexsen-prezidentimle-gorusdum-arzuma-catdim
Oxunma sayı: 309

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri bu gün Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.

“Qafqazinfo”nun məlumatına görə, Prezident İlham Əliyev Memorialın önünə əklil qoyub sonra çıxış edib.

Ardınca Xocalı sakinləri hisslərini bölüşüblər:

Sakin: Sizinlə fəxr edirəm. Sağ olun, var olun. Həmişə arxanızdayıq.

Prezident İlham Əliyev: Sağ olun.

Kişi sakin: Mən şəxsən Prezidentimlə görüşdüm, arzuma çatdım. Sizin bir dahiyanə sözünüz var: “Atamın vəsiyyətini yerinə yetirdim”. Öpürəm Sizi, var olun.

Prezident İlham Əliyev: Sağ olun.