“Mənə zəng edən kimi əri öldürdü” - Günay 8 aylıq hamilə imiş...

mene-zeng-eden-kimi-eri-oldurdu
Oxunma sayı: 8527

Ötən gün Bərdədə qətlə yetirilən 36 yaşlı Günay Ələkbərovanın 8 aylıq hamilə olduğu məlum olub.

“Qafqazinfo” xəbər verir ki, mərhumun anası “Xəzər xəbər”ə bildirib ki, qızı onu öldürməkdə şübhəli bilinən 39 yaşlı Şirxan İmanovla qeyri-rəsmi ər-arvad münasibətində yaşayıb: “Ona dedim ki, “gəl səni qaçırdım”. Dedi ki, “yox, səni də öldürər”. Həmin gecə mənə zəng etdi. Dedi ki “Mama, gəlməsən başqa iş olacaq. Mama, özünü mənə çatdır...” Soruşdum “Hardasan? Hara gəlim?” Elə orada da vurdu. Neçə bıçaq vurduğunu bilmirəm. Qızım 8 aylıq hamilə idi. 9-10 ay idi ki, birlikdə yaşayırdılar”. 

Qeyd edək ki, fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şirxan İmanov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Həmçinin oxuyun: “Я знаю, что президент не в курсе этих вопросов”