“Məni lazımsız hesab edirdilər”- Mariya Stadnik

meni-lazimsiz-hesab-edirdiler-mariya-stadnik
Oxunma sayı: 721

- Ukraynalılar Londonu demək olar ki, elə proqramları başa çatan kimi tərk etdilər. Amma siz nədənsə, olimpiya oyunları başa çatana kimi orda qaldınız...
- Mən müxtəlif çəki dərəcələrindəki yarışları da izləməyə qərar vermişdim. Düzdü, qışda Londonda turnirdə iştirak etmişdim. O dövrdə bütün maraqlı yerləri gəzib, görmüşdüm. Ona görə də elə Azərbaycan nümayəndə heyəti ilə birgə oldum.

- Yarımfinalda siz məhz Ukrayna təmsilçisi İrina Merleni məğlub etdiniz. Onun zəif nöqtələrini bilirdiniz?
- Bəli, bunu çox yaxşı bilirdim. Hesab edirəm ki, layiqli qələbə qazandım. Çünki fiziki cəhətdən də yaxşı hazırlıqlı idim.

- Sizin gümüş medalınıza görə Azərbaycanda 500 min dollar verəcəklər. Hansı ki, bu, Ukraynadakından xeyli çoxdu...
- Məni pul maraqlandırmır. Mən Pekindəki bürünc medaldan da sonra yaxşı mükafat almışdım. Bürüncdən gümüşə qədər irəlilədim. Deməli, qarşıda qızıl var.

- Qızıl qazana bilmədiyiniz üçün özünüzə əsəbləşmirsiz? Azı bu, sizə milyon dollar qazandıra bilərdi...
- Xeyr. Düzdü, çempionluq şansımdan yararlana bilmədim. Tatami üzərinə çıxanda pul haqda heç nə düşünmürsən. Həm də mən Azərbaycan yığmasında pul xatirinə çıxış etmirəm. Sadəcə, Ukraynada məni lazımsız hesab edirdilər. Amma azərbaycanlılar çətin anda mənə dəstək oldular, əlimdən tutdular. Buna görə onlara çox minnətdaram. Nə vaxt finalda qələbə qazansam, sevinclə Azərbaycan bayrağını qaldıracağam.