Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Mahmudavar kəndində qeydə alınıb.
Belə ki, rayon sakini 2005-ci il təvəllüdlü Orxan Zamanovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı daş hasara çırpılıb.
Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin 2006-cı il təvəllüdlü Kənan Rufullayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər