Məsciddə imza günü olacaq - İlk dəfə

mescidde-imza-gunu-olacaq
Oxunma sayı: 1916

Tanınmış şair Şəhriyar Del Geraninin növbəti imza günü keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, müəllifin Kulis.az a verdiyi məlumata görə, budəfəki imza günü oktyabrın 3-də,saat 16:00-da Məşədi Dadaş məscidində baş tutacaq.

Azərbaycanda ilk dəfə məsciddə kitab təqdimatının keçirildiyini bildirən şair onu da əlavə edib ki, kitabdan gələn gəlir ucqar rayonlarda yaşayan aztəminatlı ailələrin uşaqları üçün məktəb ləvazimatına xərclənəcək.

Maraqlananlar dəvət olunur!

Ünvan: Ağadadaş Qurbanov, 37, Bakı, Nəsimi