Məşhur aparıcı evli olan vəkillə münasibətini etiraf etdi

meshur-aparici-evli-olan-vekille-munasibetini-etiraf-etdi
Oxunma sayı: 5291

Aparıcı Ece Erken vəkil Şafak Mahmutyazıcıoğlu ilə sevgili olduğunu etiraf edib.

“Qafqazinfo” xəbər verir ki, o, mətbuata açıqlamasında ailəsinin və dostlarının münasibətindən xəbərdar olduğunu qeyd edib:

“Ortada nə gizli, nə də qadağan olunmuş bir münasibət var. Bu xəbəri qısa müddət əvvəl sizinlə bölüşmüşəm. İşçilərimdən ailə üzvlərimədək hər kəsin bundan xəbəri var. Biz gizlətmirik, açıq-aşkar sevgimizi yaşayırıq”.

Qeyd edək ki, Türkiyə KİV-inin məlumatına əsasən, Ece Mahmutyazıcıoğlu ilə bir ildir eşq yaşayır. Hüquqşünasın xanımı 3 ay əvvəl ərinin xəyanətindən xəbər tutduqdan sonra boşanmaq üçün məhkəməyə müraciət edib.