“Məşhur mahnıdakı kimi, bu dəfə müsbət mənada”

meshur-mahnidaki-kimi-bu-defe-musbet-menada
Oxunma sayı: 650

“Bütün münaqişələrdə tərəflər bir-birinə etimad etmirlər. Bunun üzərində işləyirik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə ilk dəfə “Euronews”a verdiyi birgə müsahibədə deyib.

Qriqoryan vurğulayıb ki, hazırda hər iki ölkə nümayəndələrinin qarşısında duran başlıca məqsəd regionda davamlı sabitlik və etimad quruculuğu yaratmaqdır. O, bunun çətin period olduğunu desə də, həmin istiqamət üzrə addım-addım irəliləyişlərin əldə olduğunu bildirib:

“Məşhur mahnıda deyildiyi kimi – divara daha bir kərpic əlavə edirik. Bu dəfə müsbət mənada. İndi etimad divarını qururuq”.

Hikmət Hacıyev isə öz növbəsində sülh prosesini dünya miqyasında uğurlu model kimi qiymətləndirib:

“Münaqişə səhifəsi bağlanıb. İndi real sülh və yeni regional əməkdaşlıq imkanları var”.