Məşhur reperin beyninə qan sızdı, reanimasiyadadır

meshur-reperin-beynine-qan-sizdi-reanimasiyadadir
Oxunma sayı: 1395

Dünyaca məşhur repçi Dr. Dre (Andre Romell Yanq) reanimasiyaya yerləşdirilib. “Qafqazinfo” xəbər verir ki, 55 yaşlı musiqiçi hazırda Los-Anceles Xəstəxanasında müalicə olunur.

TMZ portalı yazır ki, ifaçının beyninə qan sızıb. Həkimlər ona dəqiq diaqnoz qoya bilməyiblər.

Qeyd edək ki, Dr. Dre çətin bir boşanma prosesində iştirak edir. Keçmiş həyat yoldaşı Nikol Srit reperdən ayda 2 milyon dollar və vəkil haqqı olaraq 5 milyon dollar tələb edir. Dre bütün xərclərini ödədiyini iddia edir və vəkil haqlarını həddindən artıq hesab edir. Dünya ulduzunun 800 milyon dollarlıq sərvəti var.

Cütlük 24 il evli olub, iki övladı var.