Məşhur serial efirlə vidalaşır - Fotolar

meshur-serial-efirle-vidalasir
Oxunma sayı: 631

Altı sezondur ki, yayımlanan “Seksenler” serialı efirlə vidalaşır. 

“Qafqazinfo” xəbər verir ki, Bora Tekayın rejissoru olduğu serialın sonuncu bölümü mayın 27-də yayımlanacaq.

TRT-də yayımlanan ekran işi 228-ci bölümdə final edəcək. 

Yayılan xəbərləri layihənin prodüseri Birol Güven təsdiq edib. 

“Serial TRT-yə çox yaraşırdı. Belə bir layihə ancaq bu kanalda ola bilərdi. Amma hər şeyin bir sonu var”, - deyə Güven bildirib.