Məşhur türk aparıcıya 8 il həbs cəzası verildi

meshur-turk-apariciya-8-il-hebs-cezasi-verildi
Oxunma sayı: 3425

FETÖ ilə əlaqəli Samanyolu televiziya kanalında “Macəraçı” verilişinin aparıcısı olmuş Murat Yeniyə “silahlı terror təşkilatına üzv olduğu” maddəsi ilə mühakimə olunduğu məhkəmədə hökm oxunub.

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, təşkilatın üzvü olan Murat Yeni ümumilikdə 8 il 1 ay 15 gün müddətinə həbs cəzasına məhkum edilib.

Yeninin terror təşkilatının quruluş məqsədlərini və fəaliyyətlərini dəstəklədiyi və aparıcılıq elədiyi televiziya kanallarının terror təşkilatı ilə əlaqəli olduğu müəyyən edilib. Həmçinin iddianamədə, sözügedən müəssisələrin bütün sahiblərinə qarşı terror təşkilatına üzv olmaqları ilə bağlı məhkəmə araşdırmalarının olmasının təsadüfi səbəblərə əsaslanmadığı bildirilib.

Qeyd edək ki, M.Yeni daha əvvəl də terror təşkilatına üzvlük maddəsi ilə saxlanılmış, daha sonra isə sərbəst buraxılmışdı.