Messi 6-cı dəfə “Qızıl top”u qazandı - Yenilənib

Messi 6-cı dəfə “Qızıl top”u qazandı
Oxunma sayı: 5747

"Qızıl top"u "Barselona"nın argentinalı hücumçusu Lionel Messinin qazandığı iddia edilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Britaniya mətbuatı yazıb. Səsvermənin yekun nəticəsi ilə bağlı ortaya çıxan fotoda Messinin ən yaxın izləyicisi Vircil Van Deyki 64 xal qabaqladığı görünür. Sonrakı yerləri isə Məhəmməd Salah və Kriştiano Ronaldo qərarlaşıb.

Mükafat bu axşam Parisdə təşkil edilən tədbirdə təqdim olunacaq.

***

İlin ən yaxşı futbolçusunun adı rəsmən açıqlanıb.

"Qafqazinfo" xəbər verir ki, “France Football” nəşrinin keçirdiyi səsvermənin qalibi adına Lionel Messi yiyələnib.

Argentinalı superulduz bununla 6-cı dəfə "Qızıl top"a sahib çıxıb.

Qeyd edək ki, “Yuventus”un niderlandlı müdafiəçisi Matteys de Liqt ən yaxşı gənc futbolçu seçilib. "Liverpul"un braziliyalı futbolçusu Alisson Beker ən yaxşı qapıçı adına layiq görülüb. Ən yaxşı qadın futbolçu isə ABŞ millisinin kapitanı Meqan Rapinodur.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi