Messi ərəb brendinin siması oldu - Video

messi-ereb-brendinin-simasi-oldu
Oxunma sayı: 2851

Dünya şöhrətli futbolçu Lionel Messi Səudiyyə Ərəbistanında geyim brendinin reklamına çəkilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bein.Sports” məlumat yayıb.

 Belə ki, Argentina millisinin və “İnter Mayami”nin hücumçusu “Sayyar” brendinin siması olub.

Bu şirkət geyim və digər aksessuarların istehsalçısıdır.

Brendin “X” səhifəsində Messinin çəkildiyi videoçarx paylaşılıb. O, videoya ənənəvi ərəb geyimində çəkilib.