Messi qırmızı aldı, “Barselona” finalda uduzdu - Video

messi-qirmizi-aldi-barselona-finalda-uduzdu
Oxunma sayı: 2095

İspaniya Superkubokunun sahibi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, həlledici matçda “Barselona” və “Atletik" üz-üzə gəlib. Görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. 

Burada daha bir qol vuran Bilbao təmsilçisi 3:2 hesabı ilə qalib gələrək kuboka sahib çıxıb.

“Barselona” – “Atletik” - 2:3

Qollar: Qrizmann, 40 (1:0), Markos, 42 (1:1), Qrizmann, 77 (2:1), Villalibre, 90 (2:2), Villiams, 94 (2:3)

Qırmızı vərəqə: Lionel Messi, 120 ("Barselona")

Beləliklə, "Atletik" tarixində 3-cü dəfə İspaniya Superkubokunu qazanıb.