Messinin taleyinə aydınlıq gəldi

messinin-taleyine-aydinliq-geldi
Oxunma sayı: 654

Argentina millisinin üzvü Lionel Messinin “Barselona”dakı taleyinə aydınlıq gəlib.

“Qafqazinfo” xəbər verir ki, ulduz futbolçu klubu ilə yeni müqavilə imzalamağa razılıq verib. Belə ki, Messi gələn ay Kataloniya klubu ilə yeni müqavilə imzalayacaq. Anlaşmaya əsasən, hücumçu 5 illik müqavilə imza çəkəcək. Onun illik maaşının bonuslarla birgə 40 milyon avro olacağı iddia edilir.
 
Qeyd edək ki, Mesinin hazırkı müqaviləsi gələn ilin yayında başa çatacaq.