Mətanət İsgəndərli Mahir Abdullayevdən danışdı

metanet-isgenderli-mahir-abdullayevden-danisdi
Oxunma sayı: 2158

“Qafqazinfo”nun məlumatına görə, müğənni jurnalistlərə Elşad Abdullayevin qardaşı Mahir Abdullayevlə bağlı suallar vermək qadağası qoysa da, təqdimatda həmin məsələyə də toxunub.

Mətanət İsgəndərli ABU-nun sabiq rektoru Elşad Abdullayevin videolarından sonra qardaşı Mahir Abdullayevin oğurluğunda adını çəkilməsinə belə münasibət bildirib: “Bu mövzuda üzdəniraq jurnalistlər çox danışdı və mən susdum. Haqqımda yazılanlar şayiə və yalandır.O an içimdən susmaq, heç bir suala cavab verməmək gəldi. Ona görə də bütün zənglərə bacım cavab verdi”.

Müğənni bütün yaşadıqlarını geridə qoyub yeni ilə hazırlaşdığını və hər şeyi unutmaq istədiyini qeyd edib. O, jurnalistlərin sualına cavab vermədiyinə təəssüfləndiyini də etriaf edib: “Kaş ki, onda özüm danışardım”.

Aynur Babayeva