“Mətbuatda Azərbaycandan neft idxalı məsələsini də oxumuşam”

metbuatda-azerbaycandan-neft-idxali-meselesini-de-oxumusam
Oxunma sayı: 701

“Balanslaşdırılmış və tarazlaşdırılmış xarici siyasət artıq reallıqdır”. 

“Qafqazinfo” “News.am”a istinadən istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Hamburqda erməni jurnalistlərlə görüşü zamanı deyib. 

“2021-ci il hökumət proqramında regionlaşmaya həsr olunmuş xüsusi fəsil var. Bu il mənim bütün qonşu dövlətlərin liderləri ilə görüşlərim və təmaslarım olub. Bu il artıq iki rəsmi nümayəndə heyətimiz Azərbaycana gedib”, - o bildirib.

Baş nazir yaxın gələcəkdə Azərbaycan nümayəndə heyətlərinin yenidən Ermənistana səfər edəcəyinə əminliyini ifadə edib. 

“Bu il Azərbaycan ərazisindən keçən qatarlar Ermənistan ərazisinə daxil olub. Mətbuatda neft məhsullarının idxalı məsələsinin də müzakirə olunduğunu oxumuşam, yəni bu, son nəticədə, uğur əldə etdiyimiz tarazlaşdırılmış xarici siyasətdir. Niyə biz bu uğurdan imtina etməliyik? Biz bu uğuru inkişaf etdirməliyik”, - Paşinyan deyib. 

Xatırladaq ki, bir neçə gün əvvəl Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi bəyanat yayaraq, ölkənin Azərbaycan neft məhsullarının Ermənistana ilk tranzitinə birdəfəlik olaraq rüsum tətbiq etməyəcəyini bildirib.