“Milli ilə bağlı mənə sual verməyin” - Qurban Qurbanov

milli-ile-bagli-mene-sual-vermeyin
Oxunma sayı: 3939

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yığma komandada baş məşqçi dəyişikliyi ilə bağlı suallara cavab verib.

“Qafqazinfo”nun məlumatına görə, o, əvvəlcə AFFA tərəfindən yaradılacaq işçi qrupu barədə düşüncələrini bölüşüb:

“Mənim tövsiyə etməyə hansısa səlahiyyətim yoxdur. İşçi qrupu deyəndə, özləri olacaq. Oxudum. Deyirlər, toplananların yerini dəyişəndə, cəm dəyişmir. Orada İcraiyyə Komitəsindən, federasiyadan, təcrübəli məşqçilərdən kimsə yer alacaq. Mənim səlahiyyətim yoxdur ki, onlara fikir bildirim və ya tövsiyə edim. Çox xahiş edirəm ki, mənə milli barədə suallar verməyin. Dəfələrlə bildirmişəm ki, heç kimin işinə qarışmaq istəmirəm. Buradan məsləhət vermək də istəmirəm. Bu barədə fikir bildirməyim düzgün olmaz. Adımın hallanmasına gəlincə, 15 ildir ki, adım Azərbaycan millisi ilə hallanır. Digər məşqçilərin də həmçinin. Hər dəfə belə olub. Amma bu gedişat heç vaxt dəyişmir. Hər dəfə bu müzakirələr eyni proqram üzrə gedir”.