Milli Məclis həkimləri alqışlayıb

milli-meclis-hekimleri-alqislayib
Oxunma sayı: 1758

 Milli Məclisin bugünkü iclasında deputatlar koronavirusla mübarizə aparan həkimləri alqışlayıblar.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu deputat Qənirə Paşayeva təklif edib. O bildirib ki, Prezident İlham Əliyev “Yeni Klinika”nın açılışında bu addımı ilə hər kəsə nümunə olub:

“Biz də bu nümunəyə uyğun olaraq qəhrəman həkimlərimizi alqışlayaq”. Deputatın təklifindən sonra həmkarları tibb işçilərini alqışlayıblar.

Murad Əhməd