Milli Məclis Zəfər Günü ilə bağlı iclas keçirəcək

milli-meclis-zefer-gunu-ile-bagli-iclas-kecirecek
Oxunma sayı: 1466

Milli Məclis 8 Noyabr Zəfər günü ilə əlaqədar xüsusi iclas keçirməyi planlaşdırır. 

“Qafqazinfo” xəbər verir ki, iclasın noyabrın 5-də baş tutması gözlənilir. 

Qeyd edək ki, sözügedən xüsusi iclasda Zəfər Günü ilə bağlı çıxışların edilməsi, iclasın sonunda isə bəyanatın qəbul edilməsi nəzərdə tutulub.

Günel Türksoy