Milli Məclisdə deputat naziri istefaya çağırdı - Spikerdən sərt cavab

milli-meclisde-deputat-naziri-istefaya-cagirdi
Oxunma sayı: 9436

Deputat Fəzail Ağamalı Xarici işlər naziri Elmar Məmmədyarovu istefaya çağırıb.

“Qafqazinfo” xəbər verir ki, soyqırıma həsr olunmuş iclada çıxış edən Ağamalı qeyd edib ki, bu gün Azərbaycana xaricdən edilən hücum diplomatiyasına qarşı adekvat addım atılmır:

“Ona görə də nazirin ən böyük töhfəsi o olardı ki, istefa versin”.

Spiker Oqtay Əsədov isə deputat belə cavab verib: “Bu, deyəsən, “Ana Vətənçi”lərin adətidir. O gün partiyanızın keçmiş üzvü olan prezidentliyə namizəd də bunu dedi, indi də siz…”

Günel Türksoy