Milli Məclisin 2 əməkdaşı koronavirusa yoluxdu

milli-meclisin-2-emekdasi-koronavirusa-yoluxdu
Oxunma sayı: 8178

Milli Məclisdə COVID-19 infeksiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır.

“Qafqazinfo” xəbər verir ki, bu testlər nəticəsində Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında COVID-19 testinin nəticəsi müsbət çıxıb. Onlar dərhal həkim nəzarətinə götürülüblər.

Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar.

Milli Məclisin COVID-19 testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edirlər. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir.