Millimiz yenə qalib gələ bilmədi - Video + Yenilənib

millimiz-yene-qalib-gele-bilmedi
Oxunma sayı: 6115

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti yoxlama oyununa çıxacaq. “Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı yığmamız Antalyada Makedoniya ilə qarşılaşacaq.

Xatırladaq ki, yığmamız bu rəqiblə indiyə qədər 6 dəfə qarşılaşıb. Bu oyunlarda qələbəyə həsrət qalan komandamız 5 məğlubiyyətə üzülübsə, cəmi 1 dəfə heç-heçə ilə təsəlli tapıb. Bu oyunda isə futbolçularımız ilk dəfə makedonlara qalib gəlməyə çalışacaqlar.

Bu görüş millimiz üçün daha bir tarixi hadisə ilə əlamətdar olacaq. Belə ki, “Mardan” stadionunda keçiriləcək görüşdə videotəkrar sistemindən istifadə olunacaq ki, bu da millimizin tarixində ilkdi.

Yoldaşlıq oyunu
27 mart

20:00. Azərbaycan – Makedoniya
Hakimlər: Halis Özkahya, Kemal Yıldırım, Kerem Ersoy, Ali Palabıyık (hamısı Türkiyə).
Antalya. “Mardan” stadionu.

***

Azərbaycan: Kamran Ağayev, Ürfan Abbasov, Ruslan Abışov, Maksim Medvedev, Tural Axundov, Namiq Ələskərov, Dmitri Nazarov, Araz Abdullayev, Amil Yunanov

Makedoniya: Dimitrievski, Ristovski, Ristevski, Velkovski, Musliu, Nikolov, Bardi, Radeski, Triçkovski, Traykovski, Pandev

***

Matç başladı.

***

Matça yaxşı başlayan millimiz erkən qol vurub. Riçard Almeyda 5-ci dəqiqədə penaltidən qol vurmaqla komandamızı hesabda önə çıxarıb.

***

22-ci dəqiqədə hesab bərabərləşib. Makedoniya da qolu penaltidən vurub. Traykovski hesabı bərabərləşdirib.

***

Matçda başqa qol vurulmayıb və oyun 1:1 hesabı ilə başa çatıb.