Mingəçevirdə itkin düşən 13 yaşlı oğlan tapıldı - Yenilənib

mingecevirde-itkin-dusen-13-yasli-oglan-tapildi
Oxunma sayı: 3336

Mingəçevirdə yeniyetmə itkin düşüb.

"Qafqazinfo"nun məlumatına görə, Mingəçevir şəhər bağlar yaşayış massivlərində yaşayan 2008-ci il təvəllüdlü Amanov Famil Müqabil oğlu evdən çıxaraq geri qaıtmayıb.

Yeniyetməni görənlərdən Mingəçevir şəhər Polis Şöbəsinə, yaxud Daxili İşlər Nazirliyinin 102 qaynar xətt nömrəsinə məlumat vermələri xahiş olunur.

***

Mingəçevirdə itkin düşən yeniyetmə tapılıb.

Amanov Famil Müqabil oğlu Kür çayı sahilində gəzərkən ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Tural Hüseynli