Mingəçevirdə intihara cəhd - Özünü “Kür”ə atdı

mingecevirde-intihara-cehd-
Oxunma sayı: 2202

Bu gün günorta saatlarında Müngəçevir şəhər bir nəfər özünü öldürmək istəyib.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Mingəçevir şəhərində 1 nəfər intihar məqsədi ilə özünü körpüdən “Kür” çayına atması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 15:08-də başa çatıb.

Murad Əhməd