Mingəçevirdə yataqxana binasında yanğın - Sakinlər təxliyə edilib+Yenilənib

mingecevirde-yataqxana-binasinda-yangin
Oxunma sayı: 1734

Bu gün Mingəçevirdə yaşayış binasında yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, şəhərin H.Hüseynov küçəsində yerləşən köhnə tikilidə iki mənzil yanıb. 

Hadisə zamanı xəsarət alan olmayıb. Evlərə yalnız maddi olaraq ziyan dəyib. 

FHN-nin DYMX-nin Mingəçevir yanğından mühafizə hissəsinin hadisə yerinə göndərdiyi briqadanın müdaxiləsi ilə yanğının qarşısı alınıb.

***

Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat yayıb:

Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri, H.Hüseynov küçəsində yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub:

“Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının yeddimərtəbəli yataqxana tipli yaşayış binasının 5-ci mərtəbəsində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş verən yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbriləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Yanğın nəticəsində vətəndaşlara məxsus arakəsmələri taxta konstruksiyadan ibarət ümumi sahələri 40 və 50 m² olan iki otağın yanar konstruksiyaları yanıb.

Qonşu mənzillər yanğından mühafizə olunub. Xəsarət alan yoxdur”.