Mirələmovun qardaşı oğlunun vəkilindən ilginc açıqlamalar

mirelemovun-qardasi-oglunun-vekilinden-ilginc-aciqlamalar-
Oxunma sayı: 948

Hər ötən gün “1001 gecə” istirahət mərkəzində baş verən qətllə bağlı yeni şayiələr yayılır. Nümunə kimi ötən həftə KİV-lərin yaydığı məlumatı göstərmək olar. Belə ki, məlumatda “1001 gecə”dəki qətl oğru dünyasının avtoritetləri Rövşən Lənkəranski və Qoca münaqişəsinin nəticəsi kimi göstərilib.

Lakin məşhur vəkil Kamandar Nəsibov Vesti.az-a müsahibəsində bu versiyanı təkzib edib. O, qətldə həqiqətən də Rövşən Lənkəranskinin adının hallandığını qeyd edib. Xatırladaq ki, vəkil Kamandar Nəsibov hadisə nəticəsində saxlanılan, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun qardaşı oğlu, Rəşad Mirələmovun maraqlarını müdafiə edir.

- Həqiqətən iyul ayın 17-sində “1001 Gecə” istirahət mərkəzində nə baş verib?

“Mənim hüquqlarının müdafiə etdiyim şəxslə yanaşı faktla bağlı daha 3 nəfər, Elmar Süleymanov, Elnur Qasımov və əlindən təsadüf nəticəsində yaralanmış Səməd Mənsimov saxlanılıb. Bu 3 nəfər həmin gecə mərhum Ramal Bayramovla birlikdə olublar. Onlarla bərabər Elman adlı şəxs də olub. Hazırda həmin şəxs axtarışdadır. Daha dəqiq desək, Elman adlı şəxs Rövşən Lənkəranskiyə məxsus “Neon” restaranının idarə edir. Və istintaq nəticəsində məlum olub ki, Rəşad Mirələmovdan başqa adı çəkilən şəxslər kriminal avtoritet Caniyevin adamlarıdır” -deyə vəkil bildirib.

Vəkilin sözlərinə görə, “1001 gecə” istirahət mərkəzindəki qətlin guya bu ilin martında “VİP House” çay evində baş vermiş atışmanın davamı olması ilə bağlı məlumatlar əsassızdır. Xatırladaq ki, həmin hadisə nəticəsində Ramal Bayramov adlı şəxs yaralanıb. Bayramovun adı bir sıra xoşagəlməz hadisələrdə hallanır, həmişə ətrafına öz nüfuzunu göstərmək istəyib.

“Hər şey narkotik satışı ilə məşğul olan Firdovsi Bağırov adlı şəxsdən başlayıb, hansını ki, bu günlərdə Azərbaycan Daxili İşlər Nazirliyini Narkotiklərlə Mübarizə üzrə Cənub Reginol Şöbəsinin əməkdaşları saxlayıb. O, Lənkəran şəhərində narkotiklərin satışı ilə məşğul olub və Rəşad ona dəfələrlə xəbərdarlıq edib ki, bu işi dayandırmasa onu cəzalandıracaq. Bağırov hətta öz oğlu vasitəsilə Mirələmov barəsində polis orqanlarına da şikayət də edib. Lakin axtarışlar bir nəticə verməyib. Sonra qonşusu Rəşada kömək məqsədilə müraciət edib, o bildirib ki, hazırda həbsdə olan qardaşı ilə Bağırovun ortaq işi olub və Bağırovun ona müəyyən məbləğdə borcu qalıb. Qonşu Rəşaddan Firdovsiyə pulu onun evində işləyən ustalara verməsi üçün təzyiq etməyini xahiş edib. Rəşad dəfələrlə Bağırova pulun ustalara verilməsini bildirib. Amma məsələ nəticəsiz qalıb. Hətta Firdovsi onu Ramal Bayramova da şikayət edəcəyini bildirib. Bax elə burdan da R. Bayramovla R. Mirələmov arasında konfilikt yaranıb”- deyə vəkil bildirib.

Sonradan məlum olub ki, bundan sonra Bayramov Mirələmova zəng etməyə və onu öldürməklə hədələməyə başlayıb. O, dəfələrlə Mirələmova görüş yeri təyin edib. Rəşad bunun heç də yaxşı nəticə verməyəcəyini bildiyi üçün hər dəfə onunla görüşdən imtina edib. “Lakin sonradan Mirələmov onunla görüşdən qaça bilməyəcəyini anlayanda, Ramalla “1001 gecə” restoranında görüşməyə qərar verir. O, bununla da görüşün daha təhlükəsiz keçəcəyini ehtimal edib. Bütün bunlar onu göstərir ki, Bayramovla görüşü öz yaxın qohumunun obyektində təyin edən Mirələmovun qətl törətmək fikri olmayıb” -deyə vəkil bildirib.

Onu da qeyd etmək lazımdır ki, 2008-ci ildə Nəsibovun müdafiə etdiyi şəxsi, məhkəmə səhhətindəki pisixi pozğunluğa görə məcburi müalicəyə göndərib. Ümümilikdə o, 6 ilə qədər azadlıqdan məhrum edilib. Mirələməv taksi sürücüsünü öldürdüyünə görə həbs olunub. Taksi sürücüsü onu təhqir etdiyindən, onlar arasında mübahisə başlayıb. Mirələmov taksi sürücüsünə zərbə vurur və o, aldığı ağır zədələr nəticəsində vəfat edir.

İyulun 17-sində Mirələmov “1001 gecə” restoranına özünü müdafiə etmək məqsədilə silahını gətirir. Çünki, o dəfələrlə Bayramov tərəfindən ölümlə hədələndiyən, onun bu niyyətini həyata keçirəcəyindən qorxurdu. Hazırda Mirələmovu qəsdən adam öldürməkdə, adam öldürməyə cəhddə, üzərində odlu silah gəzdirməkdə və qanunsuz olaraq pul tələb etməkdə ittiham olunur.

“Ona qarşı qaldırılan qəsdən adam öldürmək, adam öldürməyə cəhd və qanunsuz olaraq pul tələb etmək ittihamları tamamilə əsassızdır. Mirələmov sadəcə Bağırovdan pulu ustalara verməsini istəyib. Firdovsi Bağırov da istintaq zamanı Mirələmovun sözlərini faktiki olaraq təsdiqləyib. Mirələmov və Bayramov arasında münaqişənin yaranmasının səbəbi Firdovsi olub. Əlavə edək ki, onun qardaşı da narkotik aludəçisidir” –deyə Nəsibov bildirb.

Vəkil bildirir ki, R.Mirələmovun kimisə öldürmək barədə fikri belə olmayıb. Bayramov özü birinci ona hücum edib, döyməyə başlayıb
sonra ölümcül xəsarət yetirmək məqsədilə cibindən bıçaq çıxarıb. Bu zaman yerə sərilən R. Mirələmov odlu silahı göturərək, yaxın məsafədə olan Bayramovun döş qəfəsinə atəş açır. Onun dostlarının qisas alacağından qorxan Mirələmov qəsdən heç kimi nişan almadan atəş açmağa başlayıb. Nəticədə isə güllə Mənsimova dəyib.

Vəkilin sözlərinə görə, R. Mirələmovun kriminal aləmlə heç bir əlaqəsi yoxdur. Hazırda faktla bağlı cianyət işi davam edir. İstintaq orqanlarına isə Mirələmov və digər saxlanılan şəxslər arasında münasibətləri araşdırmaq qalır.