MM-in Aparatında yeni - Təyinat

mm-in-aparatinda-yeni
Oxunma sayı: 2817

Milli Məclisin Aparat rəhbərinə yeni müavin təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, sözügedən vəzifəyə MM-in İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənov gətirilib.

Qeyd edək ki, hazırda həmin şöbəyə yeni müdir təyinatı olmayıb.

Xatırladaq ki, bu təyinatadək Aparat rəhbərinin müavini Yaşar Əməşov olub. Prezident İlham Əliyevin Sərəncamı ilə Yaşar Əməşova general-mayor ali hərbi rütbəsi verilib və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin birinci müavini vəzifəsinə təyin edilib.