Mobil cihazların qeydiyyat sisteminin yekun testlərinə başlanılıb

mobil-cihazlarin-qeydiyyat-sisteminin-yekun-testlerine-baslanilib
Oxunma sayı: 634

“Qafqazinfo” xəbər verir ki, Mobil Cihazların Qeydiyyat Mərkəzi «Mobil cihazların qeydiyyatının aparılması Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarına uyğun olaraq yaradılıb.
Mərkəzdə Azərbaycan Respublikasının telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların, qeyd olunan qaydada nəzərdə tutulmuş texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı nəzərdə tutulub. Mobil Cihazların Qeydiyyat Sistemi tam fəaliyyətə başladıqdan sonra qeydiyyatsız, oğurluq və klon cihazların İMEİ nömrələri identifikasiya olunaraq mobil telekommunikasiya şəbəkələrində istifadəsi məhdudlaşdırılacaq. Şəbəkədən məhdudlaşdırma prosesi Mobil cihazların qeydiyyat sisteminin (MCQS) tam istifadəyə verildikdən sonra nəzərdə tutulub.
Qeyd etmək lazımdır ki, respublika ərazisində fəaliyyət göstərən mobil telekommunikasiya operatorları Mobil cihazların qeydiyyat sisteminə qoşularaq real vaxt rejimində məlumat mübadiləsini təmin edəcəklər.
Nigar Məmmədli