“Mercedes” tikiliyə çırpıldı, yaralılar var - Fotolar - Yenilənib

mercedes-tikiliye-cirpildi-yaralilar-var
Oxunma sayı: 894

Tovuz rayonunda qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı tikiliyə çırpılıb. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar dərhal təcili tibbi yardım vasitəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.

Bunlar Şəmkir sakini 1976-cı il təvəllüdlü Vəliyeva Aynurə Adil qızı, Şuşa sakini 1983-cü il təvəllüdlü Mustafayev Tural Əli oğlu və Tovuz sakini 1998-ci il təvəllüdlü Nəzərov Elşən Nüsrət oğludur.

Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilib.

Yunis Quliyev