Moldova parlamentinin spikeri Azərbaycana başsağlığı verdi

Moldova parlamentinin spikeri Azərbaycana başsağlığı verdi
Oxunma sayı: 1093

Moldova parlamentinin spikeri İqor Qrosu Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı ilə bağlı başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, o bununla bağlı tviter hesabında paylaşım edib.

"Azərbaycanın İrandakı səfirliyinin qətlə yetirilən əməkdaşının ailəsinə dərin hüznlə başsağlığı veririk. Ümid edirəm ki, ciddi araşdırma aparılacaq, məsuliyyət daşıyanlar və hadisənin motivləri üzə çıxarılacaq. İstənilən ölkənin vətəndaşları özlərini təhlükəsiz və müdafiə olunduğunu hiss etməyə layiqdir", - deyə spiker bildirib.