Moskvanın bu hava limanları fəaliyyətini dayandırdı

moskvanin-bu-hava-limanlari-fealiyyetini-dayandirdi
Oxunma sayı: 302

Moskvanın hər dörd hava limanı — Vnukovo, Domodedovo, Jukovski və Şeremetyevo fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Federal Hava Nəqliyyatı Agentliyi açıqlama yayıb.

 Bu hava limanlarında təyyarələrin eniş və qalxışına məhdudiyyətlər tətbiq edilib.

Agentlik qeyd edib ki, bu tədbirlər uçuş təhlükəsizliyini təmin etmək üçün zəruridir.