Moskvada Bayramovun Lavrovla görüşü oldu - Yenilənib

moskvada-bayramovun-lavrovla-gorusu-oldu
Oxunma sayı: 1778

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova öz teleqram kanalında məlumat verib.

O, görüşdən foto da paylaşıb.

***

“Rusiya tərəflər arasında nəqliyyat kommunikasiyalarının açılmasına, sərhədlərin delimitasiyasına, sülh sazişinin imzalanmasına və ümumilikdə etimad quruculuğu tədbirlərinin qurulmasına töhfə verməkdə maraqlıdır”, - deyə Lavrov görüşdə qeyd edib. 

Onun sözlərinə görə, tərəflər Moskvada danışıqlar zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının icrasını müzakirə edəcəklər.