Moskvada daha 48 nəfər koronavirusun qurbanı oldu

moskvada-daha-48-nefer-koronavirusun-qurbani-oldu
Oxunma sayı: 744

Moskvada ötən sutka ərzində daha 48 pasiyent COVID-19-dan dünyasını dəyişib.

“Qafqazinfo” “RİA Novosti"yə istinadən xəbər verir ki, bununla da paytaxtda koronavirus qurbanlarının sayı 3 434-ə çatıb.

Rusiyada ümumilikdə 545 458 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 7 284-ü vəfat edib, 294 306-sı sağalıb. Tibb müəssilərində 243 868 pasiyentin müalicəsi davam etdirilir. Onlardan 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.