Moskvada Andrey Torqaşov adlı yüksəkvəzifəli hərbçinin avtomobili partladılıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində hərbçi və həyat yoldaşı yaralanıb.
Torqaşovun ayağının qopduğu bildirilir.
Məlumata görə, partlayış sözügedən şəxslər “Toyota Land Cruiser” markalı avtomobilə əyləşmək istəyərkən qeydə alınıb.
İlkin məlumata görə, hadisə avtomobilə quraşdırılan partlayıcı qurğunun işə düşməsi səbəbindən baş verib.
Faktla bağlı cinayət işi başladılıb.
Son xəbərlər
Son Xəbərlər