Moskvada “Ozon”da yanğın söndürüldü - Yenilənib

moskvada-ozonda-yangin-sonduruldu
Oxunma sayı: 4213

Rusiyanın Moskva vilayətinin İstra şəhərində yerləşən “Ozon” internet-mağazasının anbarında yanğın baş verib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb. Onlardan ikisi hospitalizə edilib.

İlkin məlumata görə, yanğın 35 min kv.m. ərazini əhatə edib.

***

İstra başçısının sözlərinə görə, anbardakı yanğın texniki təhlükəsizlik qaydalarına əməl olunmaması səbəbindən baş verib.

***

TASS-ın xəbərinə görə, 13 nəfər xəsarət alıb, 1 nəfər vəfat edib.

***

İstra şəhərindəki “Ozon” anbarında 55 min kvadratmetr sahədə baş verən yanğın söndürüldü.