Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

moskvadaki-terrorda-olenlerin-sayi-140-a-catdi
Oxunma sayı: 1533

Moskvada “Crocus City Hall” ticarət mərkəzində terror aktı nəticəsində həlak olanların sayı artıb.

“Qafqazinfo” “RBK” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın səhiyyə naziri Mixail Muraşko açıqlayıb. 

Məlumata görə, terror aktı zamanı yaralanan şəxslərdən biri dünyasını dəyişib. Bununla da, hücum zamanı həlak olanların sayı 140-a çatıb. 

Bildirilir ki, hazırda 4 yaralının vəziyyəti ağır olaraq qalır. Ümumilikdə isə yaralıların sayı 360-a çatıb.