Mourinyo ilə Fatih Terimin görüşündə nə baş verib?

mourinyo-ile-fatih-terimin-gorusunde-ne-bas-verib
Oxunma sayı: 644

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Sinpaş GYO” tərəfindən İstanbula dəvət olunan portuqaliyalı mütəxəssis Fatih Terimlə görüşüb.

Bu mövsüm uyğun olaraq İspaniya və Türkiyə çempionluğunu qazanan tərəflər “Qalatasaray” prezidenti Ünal Aysalın otelində baş tutan axşam yeməyində birlikdə olub. Joze Mourinyo “Real”ın formasını geyinən türkiyəlilər – Nuri Şahin və Hamit Altıntop haqda fikirlərini bildirib. O, futbolçuların uzun zaman zədəli olduğunu və bu səbəbdən heyətə düşməkdə çətinlik çəkdiklərini qeyd edib.

Son zamanlar Hamit Altıntopu transfer etmək üçün səy göstərən “Qalatasaray”ın baş məşqçisi Terimin Mourinyo ilə bu mövzuda danışdığı bildirilir.

Ceyhun Əhmədov