Rektorla deputat arasında seçkilərlə bağlı gedən müzakirələrə qiymət verən ictimai-siyasi dairələrin təmsilçiləri Azərbaycanda seçkilərin taleyinin Prezident Administrasiyasında və rüşvətlə həll olunduğuna dair fikirlər səsləndirdilər. Qeyd edək ki, 2005-ci il seçkilərində Binəqədi rayonundan namizədliyini irəli sürən Elşad Abdullayev ilkin nəticələrdə qalib elan olunsa da sonradan onun qələbəsi ləğv edildi.
Gülər Əhmədova ilə Elşad Abdullayev arasında gedən söhbət isə məhz həmin dövrə təsadüf edir.
Beynəlxalq ictimaiyyətin tənqidlərinə baxmayaraq, Mərkəzi Seçki Komissiyası isə hər dəfə seçkilərin şəffaf keçirildiyini iddia edir. Ancaq ortalığa çıxan bu fakt MSK-nın dediklərini ilə ziddiyət təşkil edir.
Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov təmsil olunduğu qurumun adının bu işdə hallanmasını istəmədiklərini dedi: «Nə MSK-nı, nə də məni bu işə qatmayın. Xahiş edirəm ki, bu barədə heç nə yazmayın. Gülər Əhmədova məsələsinə qarışmaq istəmirik». «Bu fakt seçkilərin necə keçirilməsinə bir sübut sayıla bilərmi» sualına Natiq Məmmədov belə cavab verdi: «MSK seçkiləri necə lazımdırsa, elə də keçirir». /Bizimyol/
Son xəbərlər
Son Xəbərlər