Mübariz Mənsimovun daha bir tankeri Danimarkada saxlanıldı - Yenilənib

mubariz-mensimovun-daha-bir-tankeri-danimarkada-saxlanildi
Oxunma sayı: 5052

“Palmali Dənizçilik Şirkətinə” məxsus “Ağsu” adlı yük tankeri Danimarkanın Kalundborq limanında saxlanılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, tanker yanvarın 11-də limana çatdıqdan sonra Danimarka müfəttişləri tərəfindən yoxlamalara başlanılıb.

Araşdırmalar nəticəsində tankerdə texniki əskikliklər üzə çıxıb və səfərə çıxmasına icazə verilməyib.

Qeyd edək ki, 150 metr uzunluğu və 17 metr eni olan “Ağsu” yük tankeri 2008-ci ildə “Palmali” tərəfində hazırlanıb və hazırda mərkəzi Rusiyada yerləşən “Pal Shipping Trader Three” şirkətinin mülkiyyətindədir.

***

“Palmali” dən “Qafqazinfo”ya daxil olan açıqlamada bildirilir ki, “Ağsu” adlı gəmi Rusiya bayrağı altında üzür:

“Avropa Birliyi ölkələrində sanksiyalara görə, bu ölkənin bayrağı altında üzən gəmilər daha ciddi yoxlanışdan keçir. O cümlədən şirkətimizə məxsus gəmi də standartlara uyğun olaraq adi yoxlanış nəzarətindən keçir. Bunu gəminin saxlanılması xəbəri kimi ifadə etmək çox gülüncdür”.