Ötən gün “Qafqazinfo”da “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun ABŞ prezidenti Donald Trampla görüşünü əks etdirən məlumat və fotolar yayımlanıb.
Sözügedən xəbər və fotolar sayta “Palmali”nın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu tərəfindən göndərilib. Xəbər sayta yerləşdirildikdən sonra məlum olub ki, təqdim olunan fotolardan ikisi fotoşopla hazırlanıb və Trampla Mənsimov “yan-yana gətirilib”.
Sözügedən fotolar müzakirələrə səbəb olub, bu saxtakarlıq sosial şəbəkələrdə pislənilib. Məsələ ilə bağlı şirkətə müraciət etməyimizə baxmayaraq, həmin fotoların orijinal olduğunu iddia ediblər. Lakin “Qafqazinfo” fotonun haqlı olaraq etirazla qarşılandığını nəzərə alıb və onu saytdan silib.
Bununla yanaşı, "Palmali" şirkətinin rəhbərliyini məsuliyyətli olmağa çağırır və “Qafqazinfo” olaraq bu yanlışlığa görə oxuculardan üzr istəyirik.
Sözügedən iki fotonu təqdim edirik:

Orijinal foto

Saxta fotolar

Son xəbərlər
Son Xəbərlər