Müdafiə naziri generala yeni vəzifə verdi

mudafie-naziri-generala-yeni-vezife-verdi
Oxunma sayı: 7532

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Qərargahına yeni rəis əvəzi təyin olunub.

“Qafqazinfo”nun “Report”a istinadən məlumatına görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, qərargahın rəisi vəzifəsinin icrası general-mayor Qədir Nəsibova tapşırılıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yeni strukturuna uyğun olaraq qurumda Maddi-Texniki Təminat Qərargahı fəaliyyət göstərir.