Müdafiə Nazirliyi sosial şəbəkələrdəki xəbərlərlə bağlı məlumat yaydı

mudafie-nazirliyi-sosial-sebekelerdeki-xeberlerle-bagli-melumat-yaydi
Oxunma sayı: 10603

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı açıqlama yayıb. 

"Qafqazinfo" xəbər verir ki, açıqlamada deyilir: 

"Cəbhədəki vəziyyətlə bağlı sosial şəbəkələrdə və mobil əlavələr vasitəsilə  həqiqətə uyğun olmayan, əsassız məlumatlar yayırlar.

Bildiririk ki, hazırda Tovuz rayonu istiqamətində nisbi sakitlikdir.

Bir daha bütün media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini heç bir əsası olmayan təxribat xarakterli məlumatları yaymamağa, yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq".