Daxili İşlər Nazirliyi də "Dəmirçi Plaza" da baş verən hadisə ilə bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, məlumatda bildirilir ki, yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə, sürücü - Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib.
Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bəşirov tutulub, hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan "COBALT" markalı tüfəng götürülüb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum Əli Ağalı bir neçə gün sonra yeni işə keçəcəkmiş. O, artıq rəhbəri olduğu "İraq Hava Yolları"nın Bakı filialında təlim-təhvil işləri aparırmış. Əli cəmi 24 yaşı olmasına baxmayaraq, çox istedadlı gənc olub. Ərəb, ingilis və rus dillərini təmiz bilirmiş, hətta bundan əvvəl Sudan səfirliyində çalışıb.
Qeyd edək ki, Əlinin qardaşı Nemət Ağalı İraqın Azərbaycandakı səfirinin tərcüməçisidir.
Son xəbərlər
Son Xəbərlər