Azərbaycanlı iş adamı Telman İsmayılovun adı yenidən borc qalmaqalında hallanıb. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, iş adamı 100 milyon dollar borcunun müqabilində daşınmaz əmlakını “Manqazeya” qrupuna verməklə bağlı razılığa gəlsə digər kreditorların tələbi ilə bağlı saziş pozula bilər.
“Kommersant” yazır ki, ümumi dəyəri 50 milyon dollar olan Nikita bulvarındakı yarımçıq tikili və Moskvanın qərbindəki otel çox güman ki, artıq Azərbaycan Beynəlxalq Bankının nəzarətinə keçib. Bu barədə “Manqazeya” qrupunun nümayəndələri qəzetə açıqlamalarında deyiblər.
Tərəflər əvvəllər iş adamının borclarının ödənməsi üçün mübahisəli əmlakın transfer imkanlarını müzakirə etsələr də, “Manqazeya” rəsmiləri İsmayılovun səhmlərinin Azərbaycan Beynəlxalq Bankının balansında olduğunu təsdiqləyib. Bankın “Manqazeya” qrupunun iddia etdiyi AST şirkətinin daha bir səhminə - Böyük Filevski küçəsindəki 90 nömrədən ibarət otelə nəzarət etdiyi məlum olub.
ABB-dan isə bildirilib ki, adı çəkilən obyektlərin bankla heç bir əlaqəsi yoxdur və AST QOF sadəcə olaraq onlarda hesab açıb və borcalan tərəfdir. Azərbaycan Bankı jurnalistləri İsmayılovun 4 milyard rubl borcu olduğu deyilən Bank Moskvaya yönləndirsələr də həmin bank, həmçinin iş adamı açıqlama verməkdən imtina edib. İsmayılova yaxın şəxs isə bildirib ki, biznesmenin bütün səhmləri müxtəlif banklarda girovdur.
“Manqazeya”nın sahibi Sergey Yançukovla Telman İsmaylovun 2010-cu ildə tanış olduqları qeyd edilir.
Xatırladaq ki, borc üzündən Türkiyənin dövlət bankı olan “Halkbank”la da azərbaycanlı milyonçu arasında problem yaşanmasına dair mətbuatda xəbərlər yayılmışdı. 1,4 milyard dollarlıq sərmayə ilə açılan “Mardan Palace” otelinin sahibinə verilən 62,5 milyon dollarlıq kreditin batdığı və girov qoyulan ərazinin isə xəzinə torpağı çıxdığı məlum olub.