Müğənni Samirə ailəsi ilə İsraildə çətin vəziyyətdə qalıb - Video

mugenni-samire-ailesi-ile-israilde-cetin-veziyyetde-qalib
Oxunma sayı: 10785

Müğənni Samirə Əfəndi ailə üzvləri və meneceri Aydan Topçubaşova ilə birlikdə İsrailin Tel-Əviv şəhərində çətin vəziyyətdə qalıb.

"Qafqazinfo"nun məlumatına görə, ötən gün konsert verən sənətçi Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edəndən sonra anası, xalası və meneceri ilə birlikdə qonaq olduğu məkandan çıxa bilməyib.

Bu haqda Samirənin sosial şəbəkə hesabında da paylaşım edilib, videolar paylaşılıb: “Səhər 6:30-dan həyəcan siqnalı verilib, sığınacaqdayıq, gizlənmək tapşırılıb. Göydə raketlər uçur. Sabah uçmalı idik, buradan çıxış yolu axtarırıq”.