Müğənnilərimizin Almaniya qalmaqalı haqda – - Açıqlama

mugennilerimizin-almaniya-qalmaqali-haqda-
Oxunma sayı: 5065



"Qafqazinfo"ya açıqlamasında müğənni  Almaniyaya gec çatdıqları üçün verilişdə iştirak etmədiklərini bildirib: "Verilişdə iştirak etməmək bizdən asılı olmadı. Almaniyaya  reys dəyişikliyinə görə gec çatdıq. Biz hava limanına enəndə artıq yayım başlamışdı. Ona görə də canlı yayımda iştirak edə bilmədik. Əsas odur ki, konserti uğurla başa vurduq. Həmvətənlərimizə bayram əhval-ruhiyyəsi bəxş etdik. Nəinki həmvətən, yerli izləyicilərin də qarşısında Azərbaycanı layiqincə təmsil etdik. Əsas məqsədimiz də elə bu idi".

Qeyd edək ki, Anspress-in yaydığı məlumata görə, Ersoy show verilişinə dəvət alan müğənnilərimiz proqramda iştirak etməyə razılıq veriblər. 2 saatlıq verilişin müddəti 3 saata qədər artırılıb ki, Azərbaycan Avropada geniş şəkildə təbliğ olunsun. Lakin proqramın başlamasına 2 saat qalmış müğənnilər gələ bilməyəcəklərini söyləyiblər. 

Könül