“Mugham” brendinə məxsus “Karabakh Bouquet-1752” ətri Florensiyada beynəlxalq sərgidə - Video

mugham-brendine-mexsus-karabakh-bouquet-1752-etri-florensiyada-beynelxalq-sergide
Oxunma sayı: 1269

Azərbaycan ətir tarixində daim yeniliklərə imza atan “Mugham” brendi bu dəfə “Pitti Fragranze”də uğurla iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, “Karabakh Bouquet - 1752” ətri İtaliyanın Florensiya şəhərində keçirilən beynəlxalq sərgidə dünya miqyaslı ən mötəbər parfümlərlə birlikdə nümayiş olunub.

Azərbaycanın şanlı qələbəsi şərəfinə istehsal olunan “Karabakh Bouquet-1752” parfümünün sərgidə yer aldığı guşədə milli elementlərlə yanaşı, Qarabağ, xüsusən də Şuşaya aid atributlar, həmçinin qələbənin simvolu olan Xarıbülbül avropalı qonaqların diqqətini çəkib.

Qeyd edək ki, “Mugham” ətirləri nadir və davamlı xammaldan hazırlanaraq məhdud sayda satışa çıxarılır. Fransada istehsal edilən “Mugham” parfüm brendinin “Karabakh Bouquet -1752” ətri ilə yanaşı, muğamın 7 növü – “Rast”, “Shur”, “Segah”, “Chahargah”, “Bayati -Shiraz”, “Shushtar” və “Humayun”un adını daşıyan çeşidləri var. “Mugham” Bakı ilə yanaşı İstanbulun ən məşhur ərazilərindən birində - Nişantaşıda da satılır.